Al Jarreau - Aqua De Beber

Biz kimik:

H2O Azerbaijan – Bakıda, Azərbaycanda yerləşən su təmizləmə və qablaşdırılma şirkətidir. Biz bilavasitə müştərilərimizə təmiz içməli su çatdırmaq üçün ən müasir texnologiyalardan istifadə edirik.

Su orqanizmi nəmləndirməkdən əlavə, həm də onu bütün lazımi minerallarla təmin edir. Orqanizm özü bu mineralları istehsal edə bilmədiyindən, biz onları gündəlik olaraq qida və içki məhsulları vasitəsilə qəbul etməliyik. Buna görə də təmiz su müasir və sağlam həyat tərzi üçün əsas və ən vacib inqrediyent olaraq qalır. H2O Azerbaijan ilə biz sizi faydalı, həm də yumşaq dada sahib olan keyfiyyətli içməli su ilə təmin edirik!

«H2O Water» adlı premial su məhsulu yaratmaq üçün biz suyu Qax-Qəbələ regionundan və Abşeron yarımadasındakı artezian suyundan əldə edirik. 2017-ci ilə təsis edilən H2O Azerbaijan şirkəti bazara təmiz, rəqabətə davamlı qiyməti olan yüksək keyfiyətli məhsul buraxmaq üçün ən innovativ Avropa texnologiyalarını tətbiq etmə üstünlüyünə sahibdir.

«H2O Water» bütün su dispenseri sistemlərinə uyğun gələn 19 litrlik qablarda çatdırılır. Məhsullarımız özünə otaq temperaturu, soyuq və qaynar su çeşidlərini daxil edir.

Sorğu əsasında biz eləcə də 0.3l, 0.5l, 0.7l və 1l kimi müxtəlif ölçülərdə qablaşdırmalar təqdim edirik.

Xidmətlərimizə su dispenserlərinin geniş çeşidi, eləcə də təlim görmüş peşəkar personalımızın köməyilə texniki xidmət, təmizləmə və dispenserlərin dezinfeksiyası daxildir.

Texnologiya:

Suyun dadı və təbiiliyini qorumaq üçün «H2O Water» nə kimyəvi, nə də termik işlənməyə məruz qalmır.

Biz geriyə-osmos texnologiyasından istifadə edərək yalnız fiziki təsirdən istifadə edirik. Çoxsəviyyəli filtrasiya sistemində suyu yumşaldan və onu mineralizasiyaya hazırlayan kvars və kömür filterlərindən istifadə olunur. Bu istehsal mərhələsində maqezium, natrium, kalsium (digər minerallarla birlikdə), eləcə də daha yaxşı dad və keyfiyyətin əldə edilməsi üçün gümüş ionları suda qarışdırılır.

Qablaşdırmaya gəlincə, H2O-da biz sağlamlığa potensial təhlükə olduğu üçün PET qablardan imtina etmişik. Bunun əvəzinə biz suyun təmizliyi və dadını qorumaq üçün ancaq yarıkarbonat qablardan istifadə edirik. Bütün istehsal prosesi avtomatlaşdırılıb, bu isə təhlükəsiz, gigiyenik və etibarlı istehsal dövriyyəsini təmin edir.

Keyfiyyətə nəzarət və sertifikasiya:

Bizim sular Azərbaycan Respublikasında içməli suya olan bütün tələbatlara cavab verir və təsdiqlənmiş sertifikasiyalı məhsuldur.

Bundan əlavə, bizim keyfiyyət standartları su istehsalı üzrə beynəlxalq tövsiyələrə müvafiq olaraq müəyyən edilib.

Biz məhsulumuzun mükəmməlliyinin qeydinə qalırıq. Bu səbəbdəndir ki, bizim keyfiyyətə daxili nəzarətimiz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycanın Standartlaşdırma və Texniki Nizamlama Komitəsi AzStand, eləcə də müstəqil laboratoriyalar və beynəlxalq audit tərəfindən təsdiqlənib.

Beynəlxalq tanınma əldə etmək üçün, biz sertifikasiya təsisatları ilə sıx əməkdaşlıq edirik. Hədəfimiz – yüksək keyfiyyətli su ilə əhalini təmin etmək.

İstehsal imkanları:

Şirkətimizin strategiyası müştərilərə onların tələblərinə uyğun xidmət etmək və istənilən zamanda və yerə məhsulumuzu vaxtında çatdırmaqdır. Siz telefon, elektron ünvan, veb-saytdan bir dəfəlik sifariş edə və ya bizim sərfəli endirimli çatdırılma planlarımızdan birini seçə bilərsiniz.

H20 Water-nın hazırda istehsal imkanları günə 1200 ədəd 19 litrlik qab təşkil edir. Ancaq şirkətimiz müştərilərin sifarişlərini tələbə uyğun sorğularda istehsal etməyi nəzərdə tutur. Bu yolla biz həmişə yeni təmizlənmiş və qablaşdırılmış suya zəmanət verə bilərik.

*Zəhmət olmasa, bizim Şərtlər və Xidmətlərimizlə tanış olun.

Məhsullar:

«H2O Water»

Mineral qazsız su

PH İndeksı: 7.2
TDS İndeksı: 15 - 20
Qablaşdırma: Polikarbonat
Həcmı: 19l
Qiymət: 3.50  

«H2O Water»

Mineral qazsız su

PH İndeksı: 7.2
TDS İndeksı: 15 - 20
Qablaşdırma: Plastik
Həcmı: 0.3l
Qiymət: ...  

«H2O Water»

Mineral qazsız su

PH İndeksı: 7.2
TDS İndeksı: 15 - 20
Qablaşdırma: Plastik
Həcmı: 0.5l
Qiymət: ...  

«H2O Water»

Mineral qazsız su

PH İndeksı: 7.2
TDS İndeksı: 15 - 20
Qablaşdırma: Plastik
Həcmı: 1l
Qiymət: ...  

«H2O Water»

Mineral qazsız su

PH İndeksı: 7.2
TDS İndeksı: 15 - 20
Qablaşdırma: Şüşə
Həcmı: 0.7l
Qiymət: ...  

Onlar bizi seçir:

Əlaqə:

Copyright © 2017-2018 H2O Azerbaijan LLC. All rights reserved.